Rusiya Ukraynaya "Mi-8" və "Mi-17" üçün komponentlərin tədarükü cəhdinin qarşısını alıb
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) xaricə, o cümlədən Ukraynaya Rusiya istehsalı olan "Mi-8" və "Mi-17" helikopterləri üçün komponentlərin tədarükünün qarşısını alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, Rusiya, Ukrayna və Yaxın Şərq ölkələrinin vətəndaşlarından ibarət olan altı nəfərlik dəstənin fəaliyyəti xaricdən əlaqələndirilib.
Komponentlərin dəyəri 400 milyon rubldan (5 milyon dollar) çox olub. Bu vəsait hesabına ən azı dörd helikopterin uçuş qabiliyyətini bərpa etmək mümkündür.
FTX-dən verilən məlumata görə, 2023-cü ilin oktyabrından Rusiyadan Ukraynaya hərbi məhsulların və komponentlərin qanunsuz ixracı ilə bağlı 236 cəhdin qarşısı alınıb. İxracın baş tutacağı təqdirdə dəymiş ziyan 1 milyard rubl ($12,75 milyon) təşkil edə bilərdi.
Oxşar xəbərlər
Əraqçi: İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb
İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al...