Rusiya Ukraynada telekommunikasiya mərkəzlərinə zərbə endirdiyini açıqladı

Rusiya Ukraynada telekommunikasiya mərkəzlərinə zərbə endirdiyini açıqladı
Dünya 21

Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisinə endirilən kütləvi zərbələr nəticəsində telekommunikasiya mərkəzlərinin hədəfə alındığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, nazirliyin məlumatına görə, hücumlar zamanı hərbi aerodromlar, hərbi-sənaye kompleksinə aid müəssisələr və logistika mərkəzləri də vurulub.

Bildirilib ki, hədəflər Kiyev, Lvov, İvano-Frankovsk, Jitomir, Rivne, Vinnitsa və Dnepropetrovsk vilayətlərində yerləşib. Rusiya tərəfi iddia edir ki, bu obyektlər raket silahlarının və pilotsuz uçuş aparatlarının istehsalı, saxlanılması və daşınması üçün istifadə olunurdu.

Nazirliyin məlumatında həmçinin qeyd olunub ki, "Yujnı" limanında bir quru yük gəmisi, Odessa yaxınlığında isə daha iki yük gəmisi vurulub. İddiaya görə, həmin gəmilər silah və hərbi təyinatlı yüklər daşıyırdı.

Açıqlamaya əsasən, zərbələr uzaqmənzilli yüksək dəqiqlikli quru, hava və dəniz bazalı silahlar, eləcə də zərbə tipli pilotsuz uçuş aparatları ilə həyata keçirilib.

Ukrayna tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər