Rusiya Ukrayana ilə birbaşa danışıqlara gedəcək? - Moskvadan cavab gəldi

Rusiya, Ukrayna münaqişəsinin əsas səbəblərinin aradan qaldırılmasını nəzərdə tutan təkliflər əsasında müzakirələrə hazırdır.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələrinin ikinci departamentinin rəhbəri Aleksey Palişçuk RİA Novosti-yə danışıb.
O, Kiyevlə birbaşa danışıqlardan danışarkən bildirib ki, Ukrayna 2022-ci ilin fevral ayının sonundan aprel ayının ortalarına qədər davam edən danışıqlardan çıxıb. Həmin ilin sentyabrında isə Ukrayna Prezidenti danışıqlara qadağa qoyan fərman imzalayıb.
Rusiya diplomatı qeyd edib ki, Moskva Ukrayna ilə bağlı münaqişənin əsas səbəblərinə toxunan təklifləri nəzərdən keçirməyə hazırdır. Lakin hazırda rəsmi Kiyevin yürütdüyü siyasət göstərir ki, Ukrayna bu cür təkliflərə açıq deyil.
Aprelin 8-də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya və ABŞ Ukrayna üzrə uzunmüddətli və dayanıqlı həll yolları axtarır. Onun sözlərinə görə, bunun üçün ilk növbədə böhranın əsas səbəbləri – o cümlədən "Ukraynanın Qərb silahları ilə doldurulması" aradan qaldırılmalıdır.
Oxşar xəbərlər
Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor - Luçano Pavarotti
Dünyaca məşhur italyan tenor Luçano Pavarotti 1935-ci ildə Modenada sadə, amma musiqiyə bağlı ailədə doğulub və uşaqlıqdan kilsə xorunda oxumağa başlayıb. O, əv...
