Rusiya təyyarəsi həyəcan siqnalı ilə Misirə məcburi eniş edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ruyiyaya, Ural Hava Yollarına məxsus təyyarə həyəcan siqnalı ilə Misirdə məcburi eniş edib.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, təyyarənin Şarm əl-Şeyx hava limanında təcili enişinə səbəb havaya qalxdıqdan sonra mühərrikdə nasazlıq siqnalının işə düşməsi olub.
"Təyyarənin ekipajı uçuş təhlükəsizliyini təmin etmək üçün Misir hava limanına qayıtmağa qərar verib və təhlükəsiz yerə enib", - deyə məlumatda bildirilir.
Onlar dəqiqləşdiriblər ki, şirkət uçuş üçün başqa təyyarə hazırlayıb.
Yanvarın 3-ü cümə günü axşam Şarm əl-Şeyxdən Yekaterinburqa uçan Airbus A-321 təyyarəsi uçuş hava limanında məcburi eniş edib. Təyyarədə 236 sərnişin olub. Heç kim xəsarət almayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...