Rusiya sərhədçiləri Ermənistandan çıxarıla bilər
Ermənistan sərhədlərinin üçüncü ölkələrin iştirakı olmadan, müstəqil şəkildə qorunması zəruridir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirinin müavini Paruyr Hovanisyan "İnterfaks" agentliyinə açıqlama verib.
"Bildiyiniz kimi, Ermənistanın sərhədlərinin qorunması hər zaman üçüncü ölkələrin nəzarətində olub. Artıq biz sərhədlərimizi özümüz qorumağı bacarmalıyıq", - deyə diplomat vurğulayıb.
Hovanisyan həmçinin ABŞ-nin sərhəd təhlükəsizliyi üzrə xüsusi qrupunun Ermənistanda fəaliyyətə başlamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinin ölkədən çıxarılmasının mümkün olduğunu bildirib.
O qeyd edib ki, ABŞ-nin atdığı bu addımlar, Ermənistanın sərhədlərə nəzarət imkanlarını artırmaq məqsədini daşıyır.
Oxşar xəbərlər
Tramp Pekinə rəsmi səfərə yollanıb
ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində onu ABŞ administrasiyasının bir sıra yüksək vəzifəli nümayəndələri müşayiət edir....