Rusiya qəhrəmanı general yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Əsədulla Abaçev ağır xəsarətlər alıb.
BAKU.WS xəbər verir ki, o sərhəd rayonlarından birində yaralanıb.
Bu barədə Dağıstanın rəhbəri Sergey Melikov bildirib.
"Bir neçə gün əvvəl həmyerlimiz, Rusiya Qəhrəmanı Əsədulla Abaçev sərhəd rayonlarından birində olarkən ağır yaralanıb", - deyə o qeyd edib.
Dağıstan rəhbəri onu da əlavə edib ki, o hazırda ölkənin ən yaxşı hərbi tibb mərkəzlərindən birində müalicə alır.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Rusiya Müdafiə Nazirliyinin hesabatlarından birində Abaçevin Leninqrad Hərbi Dairəsinin komandirinin müavini vəzifəsində işlədiyi bildirilib.
O, 2022-ci ildə Rusiya Qəhrəmanı adına layiq görülüb.
Oxşar xəbərlər
Tehranda Trampın öldürülməsi ilə bağlı təhdid dolu plakat asılıb
ABŞ-də Konqresə aralıq seçkilərin keçirildiyi gün İranın paytaxtı Tehranda ABŞ Prezidenti Donald Trampı hədəf alan plakat nümayiş etdirilib. BAKU.WS xəbər verir...