Rusiya miqrant uşaqların rus dili biliklərinə dair yeni layihə hazırlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya hökuməti miqrant uşaqlarının rus dili biliklərinin qiymətləndirilməsinə dair hazırlanan layihə üzrə Dövlət Dumasının bildirdiyi şərhləri nəzərə alaraq sənədin dəyişdiriləcəyini təsdiqlədi.
BAKU.WS xəbər verir ki, bu barədə miqrasiya siyasəti üzrə Duma komissiyasının rəhbəri və Dumanın vitse-spikeri İrina Yarovaya açıqlama verib.
Yarovaya hal-hazırda yeni sənəd layihələrini gözlədiklərini bildirib. Layihənin təhsil üzrə ixtisaslaşmış Dövlət Duması komitəsi tərəfindən müzakirə olunacağını bildirib. Bununla da hökumətin Dövlət Dumasının bildirdiyi şərhləri tam şəkildə nəzərə aldığına əmin oluna bilər.
Bununla yanaşı, rus dili üzrə miqrant uşaqlarının qiymətləndirilməsi üçün hazırlanacaq test materiallarının 1 aprel tarixindən etibarən təqdim olunacağı bildirilib.
Yarovaya qeyd etdi ki, parlament nəzarəti normativ aktların alt səviyyəsində yarana biləcək uyğunsuzluqları vaxtında aşkar edib aradan qaldırmaq üçün effektiv vasitədir.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...