Rusiya heyəti sülh danışıqları çərçivəsində 2 iyunda İstanbulda olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukrayna ilə aparılan sülh danışıqlarının ikinci raundu ilə bağlı açıqlaması gəlib. Kreml bildirib ki, "Rusiya heyəti 2 iyun tarixində Ukrayna ilə ikinci tur danışıqlar üçün İstanbulda hazır olacaq".
BAKU.WS xəbər verir ki, Kreml açıqlamasında həmçinin qeyd edib: "Vladimir Putin, Ukrayna və ABŞ liderləri ilə üzbəüz görüş imkanını dəstəkləyir; bu cür təmaslar öncəsi ciddi hazırlıq tələb olunur".
XİN rəhbəri Hakan Fidan: "4 lider İstanbulda görüşə bilər"
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan isə Rusiya-Ukrayna müharibəsinin bitirilməsi istiqamətində aparılan səylərlə bağlı danışıb: "Cənab Ərdoğanın ev sahibliyində Tramp, Putin və Zelenskinin bir araya gəlməsi ilə İstanbulda keçiriləcək görüşlərin nəticə verməsi mümkün ola bilər", – deyə o bildirib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...