Rusiya-Gürcüstan quru sərhədi bağlandı - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Əlverişsiz hava şəraiti səbəbindən Rusiya ilə Gürcüstan arasındakı quru sərhəd müvəqqəti olaraq bağlanıb.
BAKU.WS xəbər verir ki, iki ölkəni birləşdirən əsas keçid nöqtələrindən biri olan Yuxarı Lars sərhəd-keçid məntəqəsində hərəkət tamamilə məhdudlaşdırılıb.
Qərarın qəbul edilməsinə səbəb ərazidə qar uçqunu təhlükəsinin yaranması olub.
Bildirilib ki, təhlükəsizlik məqsədilə sözügedən keçid məntəqəsindən bütün növ nəqliyyat vasitələrinin keçidi dayandırılıb. Hazırda hava şəraiti və yol durumu müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılır.
Sərhədin nə vaxt yenidən açılacağı barədə hələlik rəsmi məlumat verilməyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...