Rusiya gözəlinə qarğalar hücum etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Vladivostok şəhərində "Miss Rusiya 2023" müsabiqəsinin finalçısı Anastasiya Antonovaya qarğalar hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Amur Mash" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, model Vladivostoka mayın sonunda gəlib. Gəzinti zamanı qız ağacların arasından boş küçəyə çıxıb. Orada Rusiya gözəlini üç qarğa gözləyirmiş. Qarğalar qızın keçməsinə imkan verməyib, başının üstündə dövrə vuraraq, ona hücum edib.
Hadisə zamanı Antonova qaçıb, lakin quşlar onun ardınca uçmağa davam edib. Qışqırıq səslərini eşidən yoldan keçənlər qarğalardan qurtulmağa kömək ediblər.
Model özünü qorxu filminin qəhrəmanı kimi hiss etdiyini etiraf edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...