Rusiya ərazisində 10 PUA məhv edilib
Ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Rostov, Belqorod, Bryansk və Kursk vilayətləri üzərində Ukraynanın on pilotsuz təyyarəsini ələ keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ötən gecə Rusiya ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lar vasitəsilə hücum cəhdlərinin qarşısı alınıb. Rostov vilayətinin ərazisində dörd, Belqorod ərazisində 3, Bryansk vilayəti ərazisində iki, Kursk vilayəti ərazisində bir PUA məhv edilib", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.
Oxşar xəbərlər
Zelenski: Sabah Ukrayna ilə ABŞ arasında 5 əsas məsələ müzakirə olunacaq
Ukrayna Prezidenti Volodimir Zelenski sabah ABŞ Prezidenti Donald Tramp ilə keçiriləcək görüşdə müzakirə olunacaq məsələləri açıqlayıb. BAKU.WS "Report"a istina...