Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərlə hücumlar həyata keçirilib. Əsas zərbə cənub bölgələrdəki və Odessa vilayətindəki enerji infrastrukturuna yönəlib. Hücum nəticəsində Odessa vilayətində iki nəfər yaralanıb, ölkə üzrə onlarla mülki obyektə ziyan dəyib.
Kirovoqrad, Nikolayev, Odessa, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərində minlərlə ailə elektriksiz qalıb. Zərbələr həmçinin Dnepropetrovsk və Çerkassı vilayətlərində də qeydə alınıb.
Prezident vurğulayıb ki, aidiyyəti xidmətlər elektrik və su təchizatının bərpası üzərində işləyir.
Oxşar xəbərlər
"Bloomberg": Aİ müdafiəyə əlavə vəsait ayırmağı planlaşdırır
Avropa İttifaqı (Aİ) 150 milyard avro məbləğində kreditin müddəti başa çatdıqdan sonra müdafiəyə əlavə maliyyələşdirmə cəlb etmək imkanlarını araşdırır. BAKU.WS...