Rusiya aeroportlarında 20-dən çox uçuş gecikir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın 2 hava limanında ümumilikdə 20-dən çox aviareys gecikir.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, Soçi hava limanında 17 reys gecikir. "Red Wings" aviaşirkətinin Batumi (Gürcüstan), "Pobeda" aviaşirkətinin Moskva, Saratov, Kirov, "Ural Hava Yolları" aviaşirkətinin Moskva və "Smartavia" aviaşirkətinin Sankt-Peterburqdan gələn reysləri gecikir. Gedən reyslədən isə "Rossiya" aviaşirkətinin Sankt-Peterburq, "Pobeda" aviaşirkətinin Moskva, Kirov və "Ural Hava Yolları" aviaşirkətinin Moskvadan uçuşları ləngiyir.
Krasnodara gəliş üzrə "Pobeda" aviaşirkətinin Sankt-Peterburq, Moskva və İstanbuldan (Türkiyə) və "Red Wings" aviaşirkətinin Batumidən reysləri gecikir. Gedən reyslədən isə "Azimut" aviaşirkətinin Daşkənd (Özbəkistan), "Pobeda" aviaşirkətinin Sankt-Peterburq və "Red Wings" aviaşirkətinin Batumidən uçuşları gecikir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...