Rusiya ABŞ-ni Maduronu dərhal azad etməyə çağırıb
Rusiya ABŞ-ni Venesuela Prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını dərhal azad etməyə çağırır.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
"Amerika rəhbərliyini müstəqil dövlətin qanuni seçilmiş prezidentini və onun həyat yoldaşını dərhal azad etməyə çağırırıq", - deyə o vurğulayıb.
Rusiyalı diplomatın sözlərinə görə, ABŞ ilə Venesuela arasında mövcud olan bütün ziddiyyətlər yalnız danışıqlar yolu ilə həll edilməlidir.
Yanvarın 5-də CNN telekanalı Venesuela Prezidenti Nikolas Maduronu daşıyan helikopterin Nyu-Yorkdakı Federal Məhkəmə binasına endiyi barədə məlumat yayıb.
Qeyd edək ki, 3 yanvar 2026-cı ildə ABŞ Venesuelaya zərbələr endirib və Prezident Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə saxlayıb. ABŞ-də ölkə liderinin narkokartelin yaradılması ilə bağlı cinayətlərə görə mühakimə olunacağı bildirilir. Hazırda Venesuela Prezidentinin səlahiyyətlərini vitse-prezident Delsi Rodriges icra edir.
Oxşar xəbərlər
Əraqçi: İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb
İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al...