Rumıniya prezidentinin təyyarəsi Paris hava limanında qalıb

Rumıniya prezidentinin təyyarəsi Paris hava limanında qalıb
Video
Dünya 106

Rumıniya Prezidenti Nikuşor Danın təyyarəsi güclü qar səbəbindən Paris hava limanından uça bilməyib.

BAKU.WS xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, "Spartan" tipli təyyarə yanvarın 7-si, çərşənbə günü səhər saatlarında uçuşa hazır vəziyyətə gətirilib. Lakin uçuş-enmə zolağının qarla örtülməsi səbəbindən uçuş təxirə salınıb.

"Dünən uçmamaq qərarına gəldik, çünki Buxarestdə sıx duman olduğundan ora gecə saat üç-dörd radələrində çata bilərdik", – deyə prezident Nikuşor Dan bildirib.

Rumıniya prezidenti əlavə edib ki, Fransada bu ölkə üçün qeyri-adi hava şəraiti müşahidə olunur. Onun sözlərinə görə, hazırda ekipaj və sərnişinlər uçuş-enmə zolağının təmizlənməsi işlərinin başa çatmasını gözləyirlər ki, təhlükəsiz uçuş mümkün olsun.

Son xəbərlər