Roma Papası dünya liderlərinə çağırış etdi: "Müharibəni dayandırın"
Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənməkdə olan münaqişədən dərin narahatlıq keçirdiyini bildirib və dünya liderlərini məsuliyyətli davranmağa, müharibəni dayandırmağa çağırıb.
BAKU.WS xəbər verir ki, Müqəddəs Pyotr meydanında dindarlara müraciət edən Papa bildirib:
"Yaxın Şərqdən, xüsusilə İrandan narahatedici xəbərlər gəlir. Bu dramatik mənzərəyə İsrail və Fələstin də daxildir."
Pontifik vurğulayıb ki, silahlı qarşıdurmalardan ən çox əziyyət çəkən mülki əhalidir. Onun sözlərinə görə, xüsusilə Qəzza və digər bölgələrdə humanitar yardıma ciddi ehtiyac yaranıb.
"Hər bir lider mənəvi məsuliyyət daşıyır. Müharibə fəlakətinə dərhal son verilməlidir. Müharibə heç bir problemi həll etmir, əksinə, xalqların tarixində sağalmaz yaralar buraxır. Diplomatiya hər zaman silahdan üstün tutulmalıdır. Gələcək yalnız sülh üzərində qurula bilər", – deyə XIV Leo bəyan edib.
Oxşar xəbərlər
ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir
Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edir. BAKU.WS "Report"a istinadən xəbər verir k...