Rəzai ABŞ-ni "dəniz qulduru" adlandırdı: sərt açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İranın ali liderinin hərbi müşaviri Möhsün Rəzai ABŞ-ı kəskin tənqid edərək onu "aviadaşıyıcılara malik yeganə dəniz qulduru" kimi xarakterizə edib.
O, sosial şəbəkədəki paylaşımında bildirib ki, İranın hərbi imkanları ABŞ gəmilərini və qüvvələrini məhv etməyə qadirdir. Rəzai iddia edib ki, İran bu cür qarşıdurmalara hazırdır.
Məlumata görə, gərginlik ABŞ-ın İran neftini daşıyan tankerlərlə bağlı addımlarından sonra artıb. ABŞ Prezidenti Donald Trump bu prosesdə hərbçilərin "pirat kimi davrandığını" etiraf etdiyini bildirib.
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ-ın iki İran gəmisini ələ keçirərək milyonlarla barel nefti müsadirə etdiyini açıqlayıb.
Tehran bu addımı BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirir və cavab vermək hüququnu özündə saxladığını vurğulayır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...