"Reuters": ABŞ İranın hərbi obyektinə zərbə endirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İranın hərbi obyektinə zərbə endirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ İranın bir neçə pilotsuz təyyarəsini vurub və ələ keçirib.
Onun sözlərinə görə, zərbə İranın Hörmüz boğazında Amerika qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan hərbi obyektinə endirilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirib. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəlib. Sonra Ağ Evin rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb.
ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidi blokadaya alıb. İran öz növbəsində Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüz boğazının bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...