Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç sazişi təsdiqlədi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan üç ikitərəfli sazişi təsdiqləyib.
BAKU.WS xəbər verir ki, sənədlər "Resmi Gazete"də dərc olunub.
Təsdiqlənən sazişlər arasında turizm, su ehtiyatları və baytarlıq sahələrində əməkdaşlığı əhatə edən müqavilələr yer alıb.
"15 noyabr 2024-cü il tarixində Bakı şəhərində imzalanmış "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq olunmasına, 244 saylı Qanunun 5-ci maddəsi və 9 saylı Prezident Fərmanının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilib", - deyə birinci sənəddə qeyd olunub.
9822 saylı qərarla isə 8 may 2024-cü il tarixində Ankara şəhərində imzalanmış "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi" təsdiqlənib.
Həmçinin, 19 fevral 2024-cü il tarixində Ankara şəhərində imzalanmış "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" də təsdiq edilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...