Reanimasiyaya yerləşdirilən məşhur müğənni vəfat edib? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 9-da reanimasiyaya yerləşdirilən müğənni Edip Akbayramın sosial şəbəkələrdə ölüm xəbəri yayılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı sənətçinin qızı Türkü Akbayram açıqlama yayıb. O 75 yaşlı atasının səhhətinin yaxşı olduğunu və hər gün daha da yaxşılaşdığını vurğulayıb.
"Atamın səhhəti hər keçən dəqiqə yaxşılaşır. Onun bu gün oyanması gözlənilir" - deyə Türkü qeyd edib.
Xatırladaq ki, 5 gün əvvəl evində yıxılan Edip Akbayram təcili olaraq xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilmişdi. Həmin vaxt onun vəziyyətli kritik idi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...