Qulaqda səs və yuxusuzluq… - Yerdə hamını narahat edən gizli proses nədir?
Son günlər Yer üzündə baş verən qeyri-adi proseslər bəzi insanlarda narahatlıq yaradıb.
BAKU.WS xəbər verir ki, britaniyanın məşhur nəşri Daily Mail bu barədə maraqlı məlumat yayıb.
Son bir həftə ərzində Yer kürəsində müşahidə olunan vibrasiyaların artdığı bildirilir. Bu isə bəzi insanlarda yuxu pozğunluğu və qulaqda zəng səsi (tinnitus) kimi halların yaranmasına səbəb olub.
Məlumata görə, söhbət "Schumann rezonansı" adlanan təbii hadisədən gedir. Bu rezonans Yer səthi ilə ionosfer arasında ildırımlar nəticəsində yaranan sabit elektromaqnit dalğalarıdır.
Alimlər hesab edirlər ki, bu vibrasiyaların güclənməsinə Günəşdə baş verən aktivlik - xüsusilə maqnit qasırğaları və Günəş alışmaları təsir göstərir. Bu təsirin gücü isə həmin hadisələrin intensivliyindən asılı olaraq dəyişir.
Qeyd edək ki, son günlər M snifli Günəş alışması baş verib.
Oxşar xəbərlər
"Artemis II" missiyasının heyəti Yerə qayıtdı
ABŞ-nin NASA tərəfindən həyata keçirilən Artemis II missiyasında iştirak edən Orion kosmik gəmisinin heyəti Yerə uğurla qayıdıb. BAKU.WS xəbər verir ki, astrona...