Qonşu ölkəyə yaz istiləri gəlir - Bu tarixdən

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə cümə axşamı, mayın 15-də ölkənin "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.
Onun proqnozuna görə, gündüz şimal rayonlarında bəzi yerlərdə az yağış yağacaq, uzun sürən soyuqdan sonra havanın temperaturu iqlim normasına yaxınlaşacaq.
"Havanın temperaturu rayonlarda 16-18, 14-19 dərəcə isti təşkil edəcək. Cənub küləyi saniyədə 3-8 metr əsəcək. Atmosfer təzyiqi bir qədər yüksələcək və 743 millimetr civə sütunu təşkil edəcək ki, bu da normadan aşağıdır", - deyə Mixail Leus bildirib.
"Telegram" kanalı xəbər verir ki, mayın 16-da bəzi yerlərdə də az yağış yağacaq, temperaturun gecə 9 dərəcəyədək isti, gündüz 20 dərəcəyədək yüksələcəyi gözlənilir.
Oxşar xəbərlər
Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra bundan əziyyət çəkib
Hollivud ulduzu Bred Pittlə yeni fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, onun keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra alkoqol aslılğından əz...
