Qonşu ölkəyə XƏBƏRDARLIQ - Bu regionlarında 49° dərəcə şaxta gözlənilir
Rusiyanın 3 vilayətində - Ural, Uzaq Şərq və Sibir bölgələrində -33° ilə -49° arasında şaxtaların düşməsi gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.
Mütəxəssis qeyd edib ki, Yamalo-Nenets Muxtar Dairəsində (YNAO) antisiklonla əlaqədar yanvarın 16-dan 19-na kimi havanın temperaturunun normadan 5-8°C aşağı olacağı gözlənilir. Bu o deməkdir ki, termometr 33-36°-dən aşağı düşə bilər.
Taymirdə daha da soyuq hava gözlənilir: temperatur normadan 11-16° aşağı, 42-49°-yə çatacaq. Krasnoyarsk diyarının şimalında təxminən eyni hava proqnozlaşdırılır - 41-46° şaxta, Yakutiyanın cənubunda, Çukotkada və Maqadan vilayətində - 44-49°-dən aşağı temperatur proqnozlaşdırılır.
"Hətta dör bir yanı dəniz və okean tərəfindən yuyulan Kamçatkada belə hava normadan 5-9 dərəcə aşağı, mənfi 35-39° olacaq", - Vilfand bildirib.
Oxşar xəbərlər
Türkiyədə daha bir sosial media fenomeni saxlanıldı
Türkiyədə məşhur şəxslərlə bağlı aparılan narkotik araşdırması çərçivəsində sosial mediada tanınan Şeyma Subaşı saxlanılıb. BAKU.WS xəbər verir ki, Şeyma Subaşı...