Qonşu ölkəyə qarlı hava xəbərdarlığı edildi

Qonşu ölkəyə qarlı hava xəbərdarlığı edildi
Dünya 53

Noyabrın 1-də Rusiyanın paytaxtı Moskvada qar yağacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, bunu Rusiyanın "Meteo" proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov "İzvestiya"ya açıqlamasında deyib.

"Bu həftə Moskva bölgəsi xoşbəxt payız havasından fırtınalı qışa keçəcək" deyə sinoptik xəbərdarlıq edib.

Oktyabrın 31-inə qədər hava +5-9 dərəcə isti olacaq. Lakin sonra Rusiyanın paytaxtında küləyin əsməsi güclənəcək, yağış yağacaq. Noyabrın 1-də ilk qar Moskvanı bürüyəcək.

Temperatur 0 dərəcəyə enəcək, gecələr isə hava mənfi dərəcələrə qədər soyuyacaq. Qar yağışı həftə sonu noyabrın 2-3-də də davam edəcək. Beləliklə, gələn həftənin əvvəlində Moskvada yüngül qar örtüyü müşahidə olunacaq.

Son xəbərlər