Qlobal qripdən özümüzü necə qoruya bilərik? - AÇIQLAMA
Hazırda həkim-infeksionistlər dünyada ötən illərlə müqayisədə daha sərt qrip mövsümünün yaşandığını iddia edirlər. Onlar bunun qismən virusun yeni mutasiyaya uğrayan növündən qaynaqlandığını bildirirlər. Yaponiya və Böyük Britaniyada artan xsətə sayı digər qitələrdə də aşkar edilib. Əvvəlki qriplə müqayisədə bu qripə qarşı bədən elə də dayanıqlı olmur. Bəs bu təhlükəli qripdən necə qoruna bilərik?
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin Pandemiya Elmləri İnstitunun professoru Kristof Freyzer danışıb. O "Bu virusdan bir az qorunmaq, heç qorunmamaqdan daha yaxşıdır" deyərək peyvənd etdirməyi məsləhət görüb.
O həmçinin əlavə edib ki, bu il peyvənd də əvvəlki illərlə müqayisədə virus qarşısında biraz az tab gətirə bilər.
"Francis Crick" institunun professoru Nikola Lyus isə mövzu ilə əlaqədar bunları deyib:
"Bu il yayılan qrip digərlərindən biraz fərqlidir. Əvvəlki növlərdən fərqli olaraq bu il əgər peyvənd olmamısnızsa qripə tutulma riskiniz daha böyükdür. Qrip peyvəndləri hazırda mövcuddur. Amma ölkələrə görə də dəyişir. Böyük Britaniyada 65 yaşdan yuxarı və hamilə qadınlara bu ödənişsizdir. Lakin bəzi ölkələrdə bu ödənişlərlə edilir".
Qripin daha da geniş vüsət almamağı üçün bəzi ölkələrdə məktəblər yoxlamalar aparılması üçün bağlanıb.
Mütəxəssislər bu virusa yoluxmamaq üçün çöldə olarkən daha çox açıq məkanlarda vaxt keçirməyi tövsiyyə edirlər.
Oxşar xəbərlər
Dağıstanda qardaş bacısı haqda dedi-qodu yayan kişinin dilini kəsmək istəyib
Dağıstanda qadının qardaşı onun haqqında dedi-qodu yayan kişini az qala dilindən edib. BAKU.WS xəbər verir ki, bu barədə "Mash Gor" teleqram kanalı məlumat yay...