Qəzzada son 24 saatda dağıntılar altından 120 nəfərin cəsədi çıxarıldı
Qəzza Zolağında son 24 saat ərzində dağıntılar altından 120 nəfərin cəsədi çıxarılaraq xəstəxanalara aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrail ordusunun hücumları nəticəsində ölənlər və yaralananlar barədə son məlumatları paylaşıb.
Son 24 saatda xəstəxanalara 122 nəfərin cəsədi və 306 yaralı çatdırıldığı bildirilib. Həyatını itirənlərin 120-si dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza Zolağına təşkil etdiyi hücumlarda ölən fələstinlilərin sayı 47 min 283-ə, yaralıların sayı isə 111 min 472-yə çatıb.
Oxşar xəbərlər
Tramp: NATO ölkələri ÜDM-inin 5 faizini müdafiəyə xərcləməlidir
ABŞ-nin NATO tərəfdaşları müdafiəyə ÜDM-in ən azı 5 %-ni xərcləməlidir. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İ...