Qətərdə zavodda partlayış: Onlarla yaralı, 18 nəfərdən xəbər yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
Qətərin Ras Laffan Sənaye Zonasında yerləşən zavodlardan birində baş verən partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, hadisə paytaxt Doha şəhərinin şimalında yerləşən sənaye bölgəsində qeydə alınıb. Qətər Daxili İşlər Nazirliyi partlayışdan sonra 18 nəfərin itkin düşdüyünü və onların tapılması üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyini açıqlayıb.
İlkin məlumata əsasən, partlayış zavodda baş vermiş texniki nasazlıq nəticəsində meydana gəlib. Hadisə yerinə çoxsaylı xilasedici və təcili yardım briqadaları cəlb olunub, yaralılar xəstəxanalara yerləşdirilib.
Qətərin dövlət enerji şirkəti bildirib ki, partlayışdan sonra yaxınlıqdakı qaz təchizatı obyektində baş verən yanğın nəzarətə götürülərək tam söndürülüb.
Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır, itkin düşən şəxslərin axtarışı isə davam edir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...