Qəribabadi: Əgər Oman İranın təklifini qəbul etməsə, Hörmüz boğazı bağlı qalacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Əgər Oman İranın təklifini qəbul etməsə, Hörmüz boğazı bağlı qalacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
O bildirib ki, Omanla Hörmüz boğazında müvəqqəti marşrut barədə müzakirə aparılması təklif edilib və əgər razılaşma əldə olunarsa, bu, boğazdakı şimal və cənub marşrutunu əvəz edəcək.
Qəribabadinin sözlərinə görə, Oman boğaza nəzarətin yarı-yarıya təşkil olunmaısnı təklif edib, lakin İran bunu qəbul etməyib.
"Biz dedik ki, giriş marşrutu tamamilə və çıxış marşrutunun isə bir hissəsi İranın ixtiyarında qalsın. Əgər bunu qəbul etsələr, növbəti mərhələyə keçəcəyik. Biz boğazın cənub marşrutunu rəsmən tanımırıq", - XİN başçısının müavini vurğulayıb.
O, İranın başqa heç bir formulu qəbul etmədiyini xüsusilə qeyd edib.
Daha əvvəl İranla Oman arasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi barədə müzakirələr keçirildiyi barədə məlumat verilmişdi.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...