Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi
Foto Video
Dünya 74

Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın oğlu Ceyhun avtomobil qəzası keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat yayıb.

O, qəza zamanı övladının ciddi xəsarət almadığını bildirib:

"Amerikaya tez qayıtmağımın səbəbi Ceyhunun məzuniyyətinə çatmaq idi. Enişə az qalmış Ceyhundan zəng aldım: "Ana, olanlara görə üzr istəyirəm. Mən Niko ilə birlikdə ağır qəza keçirdim".

17 iyun mənim üçün həm qorxu, həm də şükür günü oldu. Ceyhun dostu Niko ilə 15 iyun gecəsi Virciniyada ağır avtomobil qəzası keçirib. Onlar Vest Virciniyada digər dostlarının göl evində, Austinin atasının dəvəti ilə toplanmışdılar.

Qəza baş versə də, mən Azərbaycanda olduğum üçün dərhal narahat etməyiblər. Maşının vəziyyətini görəndə yalnız bir şey düşündüm: Allah bu iki gənci bizə yenidən bağışlayıb.

Polisin araşdırmaları göstərdi ki, nə alkoqol, nə də başqa bir problem olmayıb. Ceyhun yola çıxan maralı vurmamaq üçün sükanı kənara çevirərkən təkər yağış sularının yığdığı çökəkliyə düşüb, maşın bir neçə dəfə aşıb və qəza baş verib. Gənclər 911-ə zəng ediblər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər