Qazaxıstan öz aviaşirkətlərinə bir sıra Yaxın Şərq ölkələri üzərindən uçuşları qadağan edib

Qazaxıstan öz aviaşirkətlərinə bir sıra Yaxın Şərq ölkələri üzərindən uçuşları qadağan edib
Dünya 22

Qazaxıstan Aviasiya Administrasiyası ölkə aviaşirkətlərinin İran, İsrail və bir sıra digər Yaxın Şərq dövlətlərinin hava məkanı üzərindən uçuşlarına tam qadağa tətbiq edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə respublikanın Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Yaxın Şərqdə yaranmış vəziyyət və mülki hava gəmiləri üçün yüksək təhlükə səviyyəsi ilə əlaqədar Qazaxıstan Aviasiya Administrasiyası xüsusi sərəncama qədər İran, İsrail, Suriya, İraq, İordaniya və Livanın hava məkanı üzərində, daxilində və yaxınlığında uçuşların yerinə yetirilməsinə tam qadağa tətbiq edir", - məlumatda deyilir.

Bu göstəriş Qazaxıstan aviaşirkətlərinin bütün müntəzəm və qeyri-müntəzəm sərnişin, yük və texniki reyslərinə şamil edilir.

"Xarici aviaşirkətlərin nümayəndəliklərindən ("Qatar Airways", "Air Arabia", "Air Arabia Abu Dhabi", "Flydubai", "Jazeera Airways", "Air Cairo", "Red Sea") əldə olunan məlumata görə, aviaşirkətlərin baş ofisləri və turoperatorlarla birgə fəaliyyət planı hazırlanır", - məlumatda qeyd olunur.

Hazırda zərbələrin nəticələri barədə rəsmi məlumat verilmir.

Son xəbərlər