Qarik Xarlamovun vergi borcu yarım milyona çatıb
Yumorist Qarık Xarlamovun vergi orqanlarına 500 min rubldan çox borcu olduğu üzə çıxıb.
BAKU.WS xəbər verir ki, Qarik Xarlamovun qida məhsullarının çatdırılması ilə məşğul olan "Hot Dog Bulldog" şirkəti vergi orqanlarına 577 min rubl məbləğində borclanıb.
Bildirilib ki, "Hot Dog Bulldog" MMC 2021-ci ildə qeydiyyatdan keçib və Qarik Xarlamov şirkətin təsisçilərindən biridir. Şirkətin cərimə borcu ötən ilin noyabr ayından etibarən qeydə alınıb və bu günədək ödənilməyib.
Bundan əlavə, Comedy Club rezidenti olan Xarlamovun digər şirkətlərində də kiçik məbləğli borclar mövcuddur. Belə ki, "UK Bulldog" MMC Federal Vergi Xidmətinə 110 rubl, "Nevskie melodii" MMC isə 34 rubl borcludur.
Qeyd olunur ki, 2025-ci ilin sonlarında Qarık Xarlamov Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) borclular siyahısına da düşüb. Yumoristin 3 min rubl məbləğində inzibati cəriməsi var. İlkin ehtimala görə, bu cərimə Moskvada düzgün parklanma qaydalarını pozduğuna görə tətbiq olunub.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...