Qanada nazirlər helikopter qəzasında ölüb
06
avq
2025
19:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qana Respublikasında içərisində yüksək vəzifəli şəxslər olan hərbi helikopter qəzaya uğrayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Qana hökumətinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, qəza nəticəsində ölkənin müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar.
Daha əvvəl üç ekipaj və beş sərnişini daşıyan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin radardan itdiyi bildirilmişdi.
Hadisənin səbəbi hələlik məlum deyil.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...