Qadın sığınacaqlardan itləri götürüb yeyirmiş

Qadın sığınacaqlardan itləri götürüb yeyirmiş
Dünya 309

Çinin şimal-şərqində yaşayan Çjisyuan adlı qadın heyvan sığınacaqlarından sahibsiz itləri götürərək evində yeməyə çevirdiyi üçün polis araşdırmağa başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Belə ki, qadın sığınacaqlara müraciət edərək itlərə qulluq edəcəyini bildirib və bu yolla onlarla heyvanı götürüb. Lakin sosial şəbəkələrdə paylaşdığı şəkillər və videolarda həmin itlərin ətindən yeməklər hazırladığı ortaya çıxıb. Paylaşımlardan birində uşaq əlinə it əti qoyulmuş boşqabla təsvir edilib və "Uşağım üçün yalnız ən yaxşısı" qeydi əlavə olunub.

Yazılar ictimai qəzəb doğurub və məsələ ilə polis maraqlanmağa başlayıb. Onun evindən it əti olduğu ehtimal edilən ət nümunələri müsadirə edilib. Həmçinin, qadının sosial media hesabı bloklanıb, paylaşımlar silinib və ona dostluq göndərmək imkanı dayandırılıb.

Hadisə ölkədə geniş rezonans doğurub və heyvan haqları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Oxşar xəbərlər

Rza Pəhləvi Trampa müraciət edib

Rza Pəhləvi Trampa müraciət edib

Senator Qraham haqlıdır, Prezident Tramp Obama deyil və onun İrandakı etirazçıları dəstəkləyən sözləri bunu göstərir. BAKU.WS "Report"a istinadən xəbər verir ki...

118 Dünya 23:55 12 yanvar 2026

Son xəbərlər