Qadın keçmiş ərinin həyat yoldaşını oğurlamağa çalışıb

Amerikanın Florida ştatında 52 yaşlı Latrans Bettl adlı qadın keçmiş sevgilisinin həyat yoldaşını oğurlamaq üçün polis formasında saxta vəsiqə ilə otelə gedib. O, Miqrant İdarəsi əməkdaşı kimi geyinən, özünü rəsmi şəxs olaraq təqdim edərək Türkiyə vətəndaşı olduğu güman edilən qadını aldatmağa nail olub. O, qadını maşınına mindirib və "səninlə mərkəzə getməliyik" deyərək onu yolundan döndərib.
BAKU.WS habeler.com-a istinadən xəbər verir ki, zərərçəkən qadın ABŞ vətəndaşlığı üçün müraciət prosesində imiş.
Qadın Latransın təqdim etdiyi sənədlərə inandığı üçün onunla birlikdə maşına əyləşib. Yolda həyat yoldaşı ilə əlaqə saxlamaq istəyəndə Battle onun telefonunu əlindən alaraq "zəngləri mərkəzdə edə bilərsən" deyib. Ancaq onlar polis bölməsi əvəzinə Panama Siti Biç şəhərindəki bir binaya gediblər. Burada qadın təhlükədə olduğunu anlayıb və fürsət taparaq maşından qaçıb. O, yaxınlıqdakı mənzildə yaşayan birindən kömək istəyərək polisə məlumat verib.
Təhlükəsizlik qüvvələri Alabama ştatına qaçmağa çalışan Battleı saxlayıb. Onun tutulma görüntülərində polis əməkdaşlarının "qapını aç!" deyə qışqırdıqları və Battleın qandallanaraq aparıldığı görünür. Battle hazırda polis obrazına girmək, adam oğurluğu və soyğunçuluq ittihamları ilə üzləşib. O, eyni zamanda daha əvvəlki bir hadisə üzrə şərti azadlıq qaydalarını pozub. Onun 29 mayda məhkəmə qarşısına çıxacağı bildirilir.


Oxşar xəbərlər
Türkiyə Pakistana silah göndərib? - Ankaradan cavab gəldi
Türkiyə Milli Müdafiə Nazirliyi Pakistana silah göndərilməsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb...