Qadın işə həddindən artıq tez gəldiyinə görə işdən çıxarıldı
İspaniyada qeyri-adi bir əmək mübahisəsinə baxılıb. Məhkəmə şirkətin işçini vəzifəsindən azad etmək qərarını dəstəkləyib. Səbəb isə qadının daim növbəsinin başlanmasından tez işə gəlməsi olub.
BAKU.WS xəbər verir ki, kuryer xidmətində çalışmış qadın iş yerinə hər gün saat 06:45–07:00 arası gedib.
Halbuki onun iş saatı müqaviləyə əsasən saat 07:30-da başlamalı olub. Rəhbərlik bu çalışqanlığı daxili intizam qaydalarının ciddi pozuntusu kimi qiymətləndirib.
Şirkətin izahına görə, həmin erkən saatlarda işçi üçün heç bir tapşırıq olmayıb. Onun iş yerində olması fayda verməyib, əksinə müəyyən narahatlıq və qrafikdən kənarlaşma yaradıb.
2023-cü ildə ona rəsmi yazılı xəbərdarlıq edilsə də, o, yenə də işə vaxtından əvvəl gəlməyə davam edib. Bu isə onun "ciddi pozuntu" səbəbilə işdən çıxarılması üçün əsas olub.
İşçi qərarı "Alicante" ictimai məhkəməsində mübahisələndirməyə cəhd etsə də, hakim tam şəkildə işəgötürənin tərəfini tutub. Qərarda qeyd olunub ki, qadın bu davranışı ilə əmək münasibətlərinin əsas prinsiplərini sarsıdıb.
Məhkəmə hesab edib ki, rəsmi xəbərdarlıqları davamlı şəkildə görməzdən gəlməsi şirkətə müqaviləni hər hansı kompensasiya olmadan ləğv etmək hüququ verir.
Oxşar xəbərlər
13 yaşlı qız sosial şəbəkə trendinin qurbanı oldu - Dezodorantı nəfəsinə çəkdi...
İngiltərənin Leyçesterşir bölgəsində 13 yaşlı qızın təhlükəli sosial şəbəkə trendinə uyaraq həyatını itirdiyi bildirilib. BAKU.WS xarici mediaya istinadən xəbər...