Qadın hakim seksist şərhlərə görə İnstaqram hesabını BAĞLADI

Qadın hakim seksist şərhlərə görə İnstaqram hesabını BAĞLADI
Foto
Dünya 210

Albaniyalı hakim seksist şərhlərdən sonra İnstaqram hesabını bağlayıb.

BAKU.WS ajanspor-a istinadən xəbər verir ki, albaniyalı referi Emanuela Rusta İnstaqram-dakı paylaşımlarına narahat edən şərhlərdən sonra hesabını bağlayıb.

Albaniyada iştirak etdiyi matçlarda diqqət çəkən Emanuela Rusta Qadınlar Çempionlar Liqasında "Sportinq Lissabon" - "Real Madrid" matçı öncəsi açıqlama verib.

"Hakimlik cins məsələsi deyil, səriştə məsələsidir"

İnstaqram-da aldığı narahatedici, cinsiyyətçi şərhlərlə bağlı AFP-yə danışan Emanuela Rusta: "Onlar başqa şeylərdən çox mənim peşəkarlığıma diqqət etməlidirlər. Qəbul olunmaq üçün çox mübarizə aparmalısan. Şüşə tavanı sındırmalısan. Siz çox məlumatlı olmalısınız, eyni zamanda, fiziki cəhətdən sağlam olmalı və konsentrə olmaq qabiliyyətinə sahib olmalısınız." deyib.

Emmanuela Rusta kimdir?

30 yaşlı hakim Emmanuela Rusta Albaniyada anadan olub. Rusta Albaniyada kişilər arasında Superliqa matçını idarə edən ilk qadın hakim olduqdan sonra Avropa futbolunda da böyük səs-küyə səbəb olub.

Son xəbərlər