Putin Zelenski ilə görüşmək niyyətini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Agence France-Presse"(AFP) məlumat yayıb.
Bildirilir ki, mövzu liderlər arasında son danışıqlarda gündəmə gəlib.
Putinin köməkçisi Yuri Uşakov daha əvvəl qeyd edib ki, müzakirələr zamanı Moskva və Kiyev nümayəndə heyətlərinin danışıqlarda iştirak səviyyəsinin artırılması məsələsi də diqqət mərkəzində olub.
ABŞ Prezidenti Donald Tramp isə, öz növbəsində, Rusiya və Ukrayna liderləri arasında görüşün keçirilməsi istiqamətində hazırlıq işlərinin aparıldığını təsdiqləyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...