Putin qiymət artımının ləngidilməsinə çağırdı
Rusiya prezidenti Vladimir Putin ölkədə qiymət artımı ilə bağlı fikirlərini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya lideri ölkədə inflyasiyanın hələ də yüksək səviyyədə olduğunu vurğulayıb. Hazırda inflyasiya 10 faizdən artıqdır. Belə şəraitdə qiymət artımının bu templə davam etməsinin qarşısını almaq, onu davamlı şəkildə ləngitmək məqsəd qoyulmalıdır.
Bundan əvvəl məlum olmuşdu ki, Rusiyada 15–21 aprel tarixləri arasında inflyasiya 0,09 faiz təşkil edib. Bu göstərici əvvəlki həftəyə nisbətən 0,02 faiz bəndi az olub. Nəticə, əsasən, qeyri-ərzaq mallarının qiymətlərinin 0,12 faiz ucuzlaşması hesabına əldə olunub. Eyni zamanda, ərzaq məhsulları 0,21 faiz bahalaşıb. İllik ifadədə inflyasiya 10,38 faizdən 10,35 faizə qədər zəifləyib.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...