Putin Pakistanın baş nazirini Rusiyaya dəvət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putin Pakistanın baş naziri Şahbaz Şərifi noyabrda Rusiyaya səfərə dəvət edib.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Hörmətli cənab Baş nazir, noyabrda Rusiyada hökumət başçıları səviyyəsində ŞƏT ilə bağlı tədbirimiz var. Əgər vaxt tapsanız və bunu mümkün hesab etsəniz, sizi Moskvada görməyə şad olarıq", - Putin çərşənbə axşamı Pekində Pakistanın baş naziri ilə görüşün əvvəlində deyib.
Bundan əlavə, Rusiya prezidenti ölkədə baş verən daşqınlar və digər fəlakətlərlə əlaqədar Pakistan xalqına başsağlığı verib
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...