Putin "Oreşnik" üçün növbəti hədəfləri açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
"Oreşnik" raket kompleksi üçün hədəflər arasında Kiyevdə qərar qəbuletmə mərkəzləri ola bilər.
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Bu gün MDB üzv ölkələrinin rəhbərlərinin keçirilən toplantısında çıxış edən Putin, "Oreşnik"in döyüş şəraitində sınaqdan keçirilməsinin məcburi bir addım olduğunu vurğulayıb:
"Biz onu döyüş şəraitində sınaqdan keçirməyə məcbur olduq. Bu, xüsusilə Bryansk və Kursk vilayətlərinə ATACMS və Storm Shadow raketləri ilə endirilən zərbələrə cavab olaraq qaçılmaz idi," - Rusiya lideri izah edib.
Putin həmçinin söyləyib ki, hazırda Baş Qərargah və Müdafiə Nazirliyi Ukrayna ərazisində "Oreşnik"lə zərbə endiriləcək hədəfləri müəyyən edir:
"Bura hərbi obyektlər, müdafiə sənayesi müəssisələri və ya Kiyevdə qərar qəbuletmə mərkəzləri daxil ola bilər. Xüsusilə Kiyev rejimi dəfələrlə Sankt-Peterburq və Moskvadakı dövlət əhəmiyyətli obyektlərə zərbə endirməyə cəhd göstərib".
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...