Putin BƏƏ lideri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan ilə telefon danışığı aparıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, tərəflər Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin davamlı şəkildə pisləşməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Liderlər həmçinin hərbi əməliyyatların tezliklə dayandırılmasının vacibliyini müzakirə ediblər. Danışıq zamanı münaqişənin həlli üçün fəal səylərin göstərilməsinin əhəmiyyəti vurğulanıb və regiondakı bütün ölkələrin maraqlarının nəzərə alınmasının zəruriliyi qeyd olunub. Bildirilib ki, Rusiya bu ölkələrlə dostluq münasibətlərini qoruyur.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...