Polşada XVII əsrə aid tarixi kilsə yanğında məhv olub
Polşanın Sanok şəhərində yerləşən Xalq Memarlığı Muzeyinin ərazisində baş verən yanğın nəticəsində XVII əsrə aid taxta kilsə tamamilə yanaraq məhv olub.
BAKU.WS "Polsat News"a istinadən xəbər verir ki, yanğının söndürülməsinə 140 yanğınsöndürən cəlb edilib. Əraziyə çatan qruplar ilk növbədə alovun yayılmaqda olduğu iki qonşu taxta binanı qorumağa çalışıblar.
Yanğın nəticəsində kilsə tamamilə külə dönüb, yaxınlıqdakı iki bina isə zərər görüb. Yanğınsöndürənlər digər bir neçə tarixi taxta tikilini alovdan xilas edə biliblər.
Yanğından mühafizə xidmətinin mətbuat nümayəndəsi, baş kapitan Pavel Qiba bildirib ki, hadisə zamanı bir yanğınsöndürən xəsarət alıb.
Hadisə ilə əlaqədar Sanokdakı Xalq Memarlığı Muzeyi fəaliyyətini müvəqqəti dayandırıb. Muzeyin direktoru Marçin Krovyakın sözlərinə görə, yanğından sonra kilsədən yalnız kərpic hörgüsü və tikilidən təxminən 10 metr aralıda yerləşən taxta xaç salamat qalıb.
Oxşar xəbərlər
İran Qətərin 3 pilotun əsir götürülməsi ilə bağlı açıqlamasına reaksiya verdi
İran Qətərin mart ayında ölkə ərazisində qəzaya uğrayan İran hərbi təyyarələrinin üç pilotunun əsir götürülməsi ilə bağlı iddiaları təkzib etməsinə etiraz edib....