Polşada 105 ildən sonra temperatur rekordu qırıldı
Polşada son 105 ilin ən yüksək hava temperaturu qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi Meteorologiya və Su Təsərrüfatı İnstitutunun sözçüsü Aqneşka Prasekin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Avropanı təsiri altına alan güclü isti hava dalğası nəticəsində ölkənin qərbində yerləşən Slubitse şəhərində temperatur 40,5 dərəcəyə, Torun şəhərində isə 40,3 dərəcəyə çatıb.
Məlumata görə, bu göstərici rəsmi şəkildə təsdiqlənərsə, Polşada bütün dövrlərin ən yüksək temperatur rekordu olacaq.
Qeyd edək ki, əvvəlki rekord 29 iyul 1921-ci ildə ölkənin cənubundakı Proşkuv şəhərində qeydə alınmış 40,2 dərəcə idi.
Oxşar xəbərlər
Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə 960 min mina basdırdığı iddia olunur
Şimali Koreyanın 2024-cü ildən bəri iki ölkə arasındakı sərhəd boyunca təxminən 960 min piyada əleyhinə mina basdırdığı iddia edilir. BAKU.WS xəbər verir ki, bu...