Polşa Ukraynaya qoşun göndərməkdən imtina edib
Yeniliklərdən dərhal xəbərdar olun
Polşa Ukraynaya sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski açıqlama verib.
"Ukraynaya qoşun göndərmək nəzərdə tutulmur, çünki Polşanın NATO-dakı vəzifəsi şərq cinahını, yəni öz ərazimizi qorumaqdır", – deyə Sikorski TVP World telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Sikorski Avropa İttifaqının gec-tez Ukraynaya qoşun göndərməli olacağını, bunun sülh danışıqlarının nəticələrindən asılı olacağını bildirib. O həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə zəng etməsini səhv adlandırıb və qeyd edib ki, fəal danışıqlar aparmaq Putini haqlı çıxarır və Ukraynadakı döyüş ruhunu zəiflədir.
Oxşar xəbərlər
Zelenski: Ukrayna işğal altındakı ərazilərdən imtina etməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nəzarətində olan ərazilərin Moskvaya məxsus olduğunu qəbul etməyəcəklərini bildirib. BAKU.WS xəbər verir ki, o,...