"Politico" 2025-ci il üçün proqnozlaşdırılması çətin olan hadisələrin siyahısını dərc edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putin İran rəhbərliyini nüvə silahının hazırlanmasını 5 il təxirə salmağa razı sala bilər.
Bu barədə "Politico" nəşri yazıb.
Qəzetin 2025-ci il üçün proqnozlaşdırılması çətin olan hadisələrin siyahısını dərc edib.
Bu siyahıya ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikası sədri Si Cinpin arasında tarif məhdudiyyətləri ilə bağlı kompromis və İran-İsrail tənzimlənməsi ətrafında "gizli razılaşma" daxildir.
Nəşrin proqnozlarına görə, Rusiya prezidenti Vladimir Putin İran rəhbərliyini nüvə silahının hazırlanmasını 5 il təxirə salmağa razı sala bilər, Tramp isə İsrail liderlərini İranın nüvə obyektlərinə qarşı hər hansı hücumdan çəkinməyə məcbur edəcək.
2025-ci ildə gözlənilməz digər hadisələr də baş verə bilər: yeni pandemiya başlayar, Cənubi Koreya nüvə silahını sınaqdan keçirər, tarixdə ən irimiqyaslı kiberhücum baş verər, Fələstin-İsrail münaqişəsi iki dövlət qərarı əsasında həll olunar, süni intellekt tərəfindən dezinformasiyanın yayılması səbəbilə dünya fond bazarı çökər və kvant kompüterləri sahəsində irəliləyiş qeydə alınar.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...