Pikassonun məşhur əsərinin altından qadın portreti çıxdı

Pikassonun məşhur əsərinin altından qadın portreti çıxdı
Dünya 184

Mütəxəssislər ispan rəssamı Pablo Pikassonun "Mateo Fernandes de Sotonun portreti" tablosunun üst qatının altında gizlədilən naməlum qadın portretini aşkar ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, bu kəşf rəsm əsərinin sərgiyə hazırlanması çərçivəsində infraqırmızı və rentgen skanından istifadə edərək tədqiqi zamanı edilib.

"Qadın portreti Pikasso onun üzərində, yəqin ki, bir neçə ay sonra, 1901-ci ildə heykəltəraş dostu Mateo Fernandez de Sotonun rəsmini çəkərkən itdi", - deyə nəşr yazıb.

Eyni zamanda, qalereyanın direktor müavini Barnaby Uright rəsmin alt qatında olan qadının kimliyinin hələ müəyyən edilmədiyini qeyd edib.

"O, sadəcə olaraq Pikassoya poza verən biri ola bilərdi… O, sevgili ola bilərdi, dost ola bilərdi", - deyə qalereya rəsmisi vurğulayıb.

Qalereyanın direktor müavini qeyd edib ki, rentgen analizinə əsasən, Pikasso əvvəlki əsərlərinin üzərində rəsm çəkməyə davam edərək, kətandan üç-dörd dəfə istifadə edib. Raytın sözlərinə görə, ispaniyalı rəssam xanım portreti üzərində soyuq tonlarda tablo yaratmaqla təkcə mövzunu deyil, həm də iş üslubunu dəyişib.

Son xəbərlər