Pezeşkianın istefası barədə xəbərlər niyə yayılır?

Pezeşkianın istefası barədə xəbərlər niyə yayılır?
Video
Dünya 21

"Srağagün İran Prezidenti Məsud Pezeşkianın istefa verdiyi barədə növbəti dəfə məlumat yayılıb və qısa müddət ərzində geniş diqqət çəkib".

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"Xaricdən yayımlanan müxalif "Iran International" kanalının məlumatlı mənbəyə istinadən verdiyi xəbərdə deyilir ki, Pezeşkian ölkənin Ali Lideri Müctəba Xameneiyə ünvanladığı məktubda istefasının səbəbi kimi İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni SEPAH-ın bir qrup komandirinin hakimiyyətin əsas sahələri üzərində tam nəzarət qurduğunu göstərib və xəbərdarlıq edib ki, prezident faktiki olaraq ölkə üçün önəmli və həyati əhəmiyyətli qərarların qəbul edilməsi prosesindən kənarda saxlanılıb.

İddiaya görə, Pezeşkian həmin məktubunda SEPAH-dakı radikal qrupların ölkənin idarəçiliyini ələ keçirməsi ilə bağlı narahatlığını ifadə edib və belə bir şəraitdə hökuməti idarə etməsinin və qanuni vəzifələrini yerinə yetirməsinin mümkün olmadığını vurğulayaraq, dərhal istefa vermək istədiyini bildirib. Xəbəri yayan media qurumu bununla bağlı şərhində qeyd edib ki, Müctəba Xameneinin hökumət başçısının istefasını qəbul edib-etməyəcəyi hələ ki məlum deyil, lakin Pezeşkianın məktubu İslam Respublikası hakimiyyətinin ən yüksək səviyyəsində dərin və indiyədək görünməmiş parçalanmanın mövcudluğunu nümayiş etdirir", - deyə materialda bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər