Pezeşkian: Qətərdə dondurulan 6 milyard dollar azad ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ ilə danışıqların başlaması Qətər banklarında saxlanılan 6 milyard dollar vəsaitin sərbəst buraxılmasına şərait yaradacaq.
BAKU.WS xəbər verir ki, Pezeşkianın sözlərinə görə, Vaşinqtonun Tehrana münasibəti dəyişib və qarşıdakı danışıqlar iqtisadi fəallığın artması, maliyyə resurslarına çıxışın bərpası və bazarların açılması üçün yeni imkanlar yaradır.
İran prezidenti eyni zamanda vurğulayıb ki, ölkəsi uranın zənginləşdirilməsi hüququndan imtina etməyəcək və İran daxilində birlik və həmrəyliyin qorunması vacibdir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...