Pezeşkian dəstək mitinqinə qatılan iranlılara təşəkkür edib
İran Prezidenti Məsud Pezeşkian onu dəstəkləmək məqsədilə keçirilən kütləvi aksiyalarda iştirak edən vətəndaşlara təşəkkür edib.
BAKU.WS xəbər verir ki, Prezidentin sözlərinə görə, xalqın küçələrə çıxaraq birlik nümayiş etdirməsi ölkənin terror təhlükələrinə qarşı güclü və qətiyyətli mövqeyinin göstəricisidir.
O qeyd edib ki, bu cür həmrəylik bəzi xarici və daxili dairələrin planlarını iflasa uğradıb.
"Belə şüurlu və iradəli xalqı təmsil etdiyim üçün fəxr edirəm", – deyə Pezeşkian vurğulayıb.
Xatırladaq ki, İranda sosial narazılıqlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta – rialın dəyərdən düşməsi fonunda başlayıb. Əvvəlcə etirazların əsas səbəbi valyuta məzənnəsindəki kəskin dəyişiklik və bunun bazar qiymətlərinə təsiri olub. Daha sonra bir sıra şəhərlərdə keçirilən aksiyalar təhlükəsizlik qüvvələri ilə qarşıdurmalara çevrilib. Baş verən hadisələr nəticəsində həm hüquq-mühafizə orqanlarının əməkdaşları, həm də etirazçılar arasında ölən və yaralananlar qeydə alınıb.
Oxşar xəbərlər
Moskvaya anormal səviyyədə qar yağıb
Rusiyanın paytaxtı Moskvaya qeyri-adi səviyyədə qar yağıb. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Hidrometeorologiya Mərkəzinin aparıcı meteoroloqu Marina Ma...