Peskov: Rusiya və Ukrayna danışıqları davam etdirməlidir
Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Buna görə də, əlbəttə ki, indi vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq, danışıqların davam etdirilməsi və növbəti raundu barədə söhbət getməlidir. Hələlik bununla bağlı dəqiq anlaşma yoxdur", - o deyib.
D.Peskov həmçinin qeyd edib ki, Rusiya həlak olmuş hərbçilərin meyitlərinin Ukraynaya təhvil verilməsi və əsir mübadiləsi ilə bağlı razılaşmaları həyata keçirməyə hazırlığını qoruyub saxlayır.
Oxşar xəbərlər
İranın Hörmüz boğazını bağlamaq niyyəti yoxdur
İranın Hörmüz boğazını bağlamaq və ya oradan keçən gəmiçiliyin hərəkətini pozmaq niyyəti yoxdur. BAKU.WS xəbər verir ki, bu barədə İranın xarici işlər naziri A...